Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək? – AÇIQLAMAbackend

Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək? - AÇIQLAMA

Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verib.

Bildirilib ki, ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.

Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər.
Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*