AVRO-2020: Uels – İsveçrə matçında ilk hissə başa çatdı –  YENİLƏNİBbackend

AVRO-2020: Uels - İsveçrə matçında ilk hissə başa çatdı - YENİLƏNİB

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels – İsveçrə oyununda ilk hissə başa çatıb.KO

KONKRET.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşü fransalı hakim Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels matçı ilə yanaşı, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

17:23

Futbol üzrə Avropa Çempionatı (AVRO-2020) davam edir.

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş nəzərdə tutulub. Görüşlərdən biri paytaxt Bakıda keçirilir.

Belə ki, A qrupunda yer alan Uels millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşır. B qrupunda Danimarka Finlandiya ilə, Belçika isə Rusiya ilə üz-üzə gələcək.

Uels yığmasının start heyətində Danni Uord, Kris Mefam, Ben Deyvis, Co Rodon, Konnor Roberts, Aaron Remsi, Co Allen, Co Morrel, Qaret Beyl (k), Kieffer Mur və Daniel Ceyms yer alıblar.

İsveçrə seçməsinin heyətində meydana Yan Sommer, Rikardo Rodrigez, Manuel Akanci, Fabian Şer, Niko Elvedi, Kevin Mbabu, Remo Freuler, Qranit Caka (k), Xerdan Şaqiri, Haris Seferoviç və Breel Embolo çıxıblar.

Qarşılaşmanı fransalı referi Klement Turpin idarə edir.

Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandaların arasında heç vaxt heç-heçə qeydə alınmayıb.

Qeyd edək ki, Azərbaycan ilk dəfədir futbol üzrə Avropa Çempionatına ev sahibliyi edir.

09:12

Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, A qrupunda bir, B qrupunda isə iki matç olacaq.

A qrupundakı Uels – İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.

Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.

İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.

B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.

Avropa çempionatı

A qrupu, I tur

17:00. Uels – İsveçrə

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)

Bakı. Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka – Finlandiya

23:00. Belçika – Rusiya

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels matçı ilə yanaşı, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*