Bu gün İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏKbackend

Bu gün İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏK

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

KONKRET.az xəbər verir ki, İlham Əliyev və Nikol Paşinyanın görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəkləri gözlənilir.

Habelə, münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri gündəmdə olacaq.

Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*