Bu gün hava necə olacaq? – PROQNOZbackend

Bu gün hava necə olacaq? - PROQNOZ

Bazar günü, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti gözlənilir.

Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*