Bu gün III MDB Oyunlarının açılış mərasimi keçiriləcəkbackend

Bu gün III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bugün Gəncədə təşkil olunan III MDB Oyunlarının açılış mərasimi keçiriləcək.

KONKRET.az xəbər verir ki, şəhər stadionundakı tədbir saat 19:00-da start götürəcək.

Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

2 gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*