Bu gün od çərşənbəsidirbackend

Bu gün od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

KONKRET.az xəbər verir ki, Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xatırladaq ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*