Bu gün saxlanılan şöbə rəisi kimdir?backend

Bu gün saxlanılan şöbə rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz Rayon Şöbəsinin rəisi saxlanılıb.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan şöbə rəisi Rahim Ağayev iki ilə yaxındır sözügedən vəzifəni tuturdu.

Bu vəzifəyə kimi, Rahim Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Hərbi rütbəsi polkovnik-leytenant olan Rahim Ağayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*