Bu hava limanı MDB-nin ən yaxşı aeroportu seçildi – FOTObackend

Bu hava limanı MDB-nin ən yaxşı aeroportu seçildi - FOTO

Astana hava limanı Amsterdamda keçirilən “Passenger Terminal Expo 2023” beynəlxalq sərgisində Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aeroportu kimi mükafata layiq görülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin (SİİN) mətbuat xidməti məlumat yayıb.

“Paytaxtın hava limanı artıq ikinci ildir ki, Mərkəzi Asiya və MDB məkanında ən yaxşı regional hava limanı kimi tanınır. “World Airport Awards” mükafatı bu günlərdə Amsterdamda keçirilən “Passenger Terminal Expo 2023″ beynəlxalq sərgisində təqdim edilib”, – mesajda deyilir.

Qeyd edək ki, “World Airport Awards” qlobal hava limanı sənayesində ən nüfuzlu mükafatdır.

Burada dünyanın 550-dən çox hava limanında müştərilərə xidmət səviyyəsi və rahatlığı nəzərə alınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*