Bu həftə Türkiyədə şiddətli istilər gözlənilir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkənin qərb və cənub bölgələrində həftənin ən isti günü çərşənbə, mərkəzi rayonlarda isə cümə axşamı 40-45 dərəcə isti olacaq:
“Çərşənbə günü Mərmərə, Egey və Aralıq dənizində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxaraq 45 dərəcəyə çatacaq. İç Anadoluda cümə axşamı temperatur maksimum həddə çatacaq”.
İqbal Rzayev,
KONKRET.az