“Bu hökumətdən hər şeyi gözləmək olar” – Geqam Manukyan Paşinyanı sərt TƏNQİD ETDİbackend

“Bu hökumətdən hər şeyi gözləmək olar” - Geqam Manukyan Paşinyanı sərt TƏNQİD ETDİ

Ermənistanın müxalifət blokundan olan deputatı Qeqam Manukyan Daşnaksütyun partiyasının bir neçə nümayəndəsinin Ermənistana girişinə qadağa qoyulmasını şərh edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Manukyan deyib:

“İndiki hakimiyyət Ermənistanın maraqlarına və erməni xalqına qarşı mübarizə aparır. “Daşnaksütyun” nümayəndələrinin təqib edilməsi bu siyasətə uyğundur. İndiki hakimiyyətdə ermənilərin adları yazılan qara siyahılar var”, – deyə Manukyan bildirib.

Qeqam Manukyan baş verənləri Ermənistan-Türkiyə münasibətlərinin “yaxşılaşması” prosesinin tərkib hissəsi kimi xarakterizə edib. O, hesab edir ki, Ermənistan hakimiyyəti Türkiyənin siyasətinə qarşı çıxan erməni fiqurlarının ölkəyə girişini qadağan etməklə, Ankaraya müəyyən mesajlar verir:

“Bu hökumətdən hər şeyi gözləmək olar. Onlar Türkiyənin tələbi olmadan da “Daşnaksütyun” nümayəndələrinin Ermənistana səfərini qadağan edir və rəsmi Ankaranı razı salmağa çalışırlar”, – Manukyan vurğulayıb.

Xatırladaq ki, Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın, ARFD gənclər təşkilatının üzvü Syune Abramyanın və Hollandiyadakı “Hay Dat” ofisinin sədri Masis Abramyanın Ermənistana girişi qadağan edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*