“Rusiyaya qarşı sanksiyalarla bağlı qərar vermək hüququ yalnız mənə məxsusdur. Bu, mənim qərarım olacaq, başqa heç kimin deyil. Rusiyanın davranışını izləyəcəyik”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib:
Bu açıqlama Ukrayna prezidenti Zelenskinin Rusiyaya qarşı daha güclü sanksiyalar tətbiq etmək çağırışına cavab olaraq səsləndirilib. Zelenski bir gün əvvəl Tramp ilə telefon danışığı zamanı bu çağırışı etdiyini bildirmişdi.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova isə cavab olaraq qeyd edib ki, Rusiya heç vaxt ultimatumlara tabe olmur. Onun sözlərinə görə, Qərb və Kiyev sülhə deyil, münaqişənin uzadılmasına çalışır.
Aynurə İsmayıl
KONKRET.az