“Bakını dayandırmaq üçün konkret qərarlar qəbul etmək və əməli addımlar atmaq lazımdır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri qondarma rejimin separatçılarından biri Masis mailyan səsləndirib:
“Azərbaycanın aqressiv bəyanatları və hərəkətləri saxta tezisə əsaslanır. Azərbaycan tərəfi “Artsax”dakı hərəkətlərinə görə cəzalandırılmayıb. Cəzasızlıq isə rəsmi Bakını yeni addımlar atmağa sövq edir. Bunun qarşısını almaq üçün Ermənistan tərəfi konkret qərarlar qəbul etməli və əməli addımlar atmalıdır” – separatçı sərsəmləyib.
Mailyan əlavə edib ki, Ermənistan tərəfindən bu addımların atılması “Artsax” əhalisinin öz müqəddəratını təyin etmək hüququna hörmət deməkdir: “Xüsusilə bu hüququn tanınması münaqişənin nizamlanmasına nail olmaq üçün yeganə yoldur. Ona görə də, “Artsax” əhalisinin hüquqlarına və təhlükəsizliyinə zəmanət verilməlidir” – deyə Masis Mailyan öz sərsəm fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az