Bu idman federasiyasında baş katib DƏYİŞDİbackend

Bu idman federasiyasında baş katib DƏYİŞDİ

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi vəzifəsində dəyişiklik baş verib.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, baş katib Fərhad Məmmədov başqa işə keçməsi ilə əlaqədar postunu tərk edib. Bu vəzifəyə İcraiyyə Komitəsi üzvləri arasında səsvermə nəticəsində yekdilliklə Elnarə Musayeva gətirilib.

AzVİF prezidenti Mədət Quliyevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin növbədənkənar iclasında yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edilib.

Toplantıda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*