Bu iftar süfrəsinin qiyməti 18 min dollardır – FOTObackend

Bu iftar süfrəsinin qiyməti 18 min dollardır - FOTO

Dubay səmasında 18 min dollara iftar xidməti veriləcək.

KONKRET.az xəbər verir ki, BƏƏ-də yerləşən özəl aviasiya şirkəti “Jetex” müştərilərinə Ramazan ayında səmada iftar xidməti təqdim edəcək.

Aviasiya şirkəti iki nəfərlik iftar menyusunun qiymətinin 18 min dollar dəyərində olduğunu açıqlayıb.

Səmada iftar xidməti ilə əlaqədar açıqlama verən “Jetex” müştərilərin VIP terminalında lüks avtomobillə qarşılanacaqlarını və təyyarəyə doğru aparılacaqlarını bildirib.

Şirkət bu günədək 15 nəfərin iftar xidmətini sifariş etdiyini bildirərək Ramazan ayında əldə ediləcək gəlirlərin BƏƏ-də yerləşən qlobal xeyriyyəçilik təşkilatı “Dubai Cares”ə bağışlanacağını qeyd edib./sfera/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*