Bu il 382 azərbaycanlı Türkiyədə mənzil sahibi oldubackend

Bu il 382 azərbaycanlı Türkiyədə mənzil sahibi oldu

Bu ilin ilk dörd ayı ərzində xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması 19 faiz artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, COVİD-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyədə xarici vətəndaşlara 13 min 954 mənzil satılıb. Ən çox satış isə aprel ayında qeydə alınıb. Keçən ay qardaş ölkədə xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 416,1 faiz artıb. Ən çox mənzil isə İstanbulda alınıb. Satışların yaz ayları ərzində daha da artacağı gözlənilir.

Bu dövr ərzində həmvətənlərimiz qardaş ölkədə 382 mənzil alıblar. Siyahıda ilk sırada 2 min 156 mənzillə İran vətəndaşları yer alıb. Ümumiyyətlə isə 2021-ci ilin ilk dörd ayı ərzində Türkiyədə mənzil sahibi olanlar arasında İraq, Rusiya, Əfqanıstan, Qazaxıstan, Almaniya və digər ölkə vətəndaşları da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*