Bu il Azərbaycana nə qədər əcnəbi gəlib? – RƏSMİ STATİSTİKAbackend

Bu il Azərbaycana nə qədər əcnəbi gəlib? - RƏSMİ STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda “İslahat İcmalı” nəşrində bildirilib.

Sənəddə qeyd olunub ki, bu ilin ötən dövründə ölkəyə 515 280 əcnəbi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ildə 686 303 nəfər) azdır. Senrtyabr ayında isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu göstərici ötən ilin müvafiq ayında 36 531 nəfər olub, yəni 99 % artım qeydə alınıb.

Sentyabr ayında Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*