Bu il Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 90 fakt aşkarlanıbbackend

Bu il Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 90 fakt aşkarlanıb

Bu il yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkarlanıb.

Bu barədə KONKRET.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 929 kq 401,269 qr, 11754 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*