Bu il Ukraynada vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olubbackend

Bu il Ukraynada vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olub

2023-cü ildə noyabrın 1-nə qədər Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu müddət ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Onlardan 3-ü uşağa qəyyumluğun müəyyən edilməsi, 15 nəfər Ukraynada doğulan, 177 nəfər ərazi mənşəyinə görə, 4 nəfər isə valideynlərindən birinin Ukrayna vətəndaşlığında qalması ilə əlaqədar vətəndaşlıq alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*