“Bu klub Türkiyənin “Real”ıdır” – Məsut Özilbackend

"Bu klub Türkiyənin “Real”ıdır" - Məsut Özil

“Fənərbaxça” ilə anlaşdığı deyilən Məsut Özil azarkeşlərin suallarını cavablayıb.

KONKRET.az xəbər verir ki, yarımmüdafiəçi “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra iki ölkədə oynamaq istədiyini bildirib:

“İngiltərədən ayrıldıqdan sonra iki ölkədə çıxış etmək istəyirəm. Bunlardan biri Türkiyə, digəri isə ABŞ-dır. Türkiyəyə gələrsəm, yalnız “Fənərbaxça”da çıxış edərəm. Almaniyada böyüyən türklər hələ uşaq yaşlarından öz ölkəsindəki klublardan birini seçirlər. Mən “Fənərbaxça” ilə böyümüşəm, həmişə sevmişəm. Bu kluba Türkiyənin “Real”ı deyə bilərəm”.

Özil “Real”da oynayarkən komanda yoldaşı olan Kriştianu Ronaldo haqqında da danışıb:

“Messi İspaniyada daima ən yaxşılardan olduğunu sübut edir, Ronaldo isə bunu getdiyi hər ölkədə sübuta yetirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*