Yeni doğulan körpələr üçün otaq temperaturu xüsusi əhəmiyyət daşıyır. Belə ki, temperaturun həddən artıq isti olması SIDS ölümünə, yəni 1 yaşından kiçik körpənin qəfil ölümünə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, otaq temperaturunun həddən artıq aşağı olması isə körpədə hipotermiya yaradır.
Yəni bədən istiliyi normadan aşağı düşür. Körpələr bədən istiliyini yetkin insana nisbətən 4 dəfə daha sürətli itirirlər.
Mütəxəssislər yeni doğulan körpələrin sağlamlığı və rahat yatmaları üçün ən ideal temperaturun 22-24 dərəcə olduğunu bildirirlər./sfera.az