Səki üzərində quraşdırılan pilləkən ərazidən yığışdırıldı – KOMİTƏDƏN AÇIQLAMAbackend

Səki üzərində quraşdırılan pilləkən ərazidən yığışdırıldı - KOMİTƏDƏN AÇIQLAMA

Bakının Nəsimi rayonunda piyadalar üçün nəzərdə tutulmuş səki sahəsində quraşdırılan pilləkən qəfəsəsi sökülüb.

Bu barədə KONKRET.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 31-də Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küşəsinə baxış keçirilib və ərazidəki çoxmərtəbəli yaşayış binasının alt hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.

Faktla bağlı Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

***13-43

Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsində yerləşən yeni tikili binanın qarşısında qanunsuz olaraq əlavə tikinti işləri görülür.

KONKRET.az demokrat-a istinadən xəbər verir ki, qanunsuz tikinti piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunmasına səbəb olub.

Ərazidən görüntüləri təqdim edirik:
Demokrat.az





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*