Bu marketdə məhsullar üzərində göstərilən qiymətdən baha satılırbackend

Bu marketdə məhsullar üzərində göstərilən qiymətdən baha satılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group” MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması halı ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*