Bu marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİbackend

Bu marşrutların hərəkət sxemləri DƏYİŞDİRİLDİ

Paytaxtın Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsinə qədər avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

KONKRET.az BNA-ya istinadən xəbər verir ki, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

Qeyd edilir ki, A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*