Bu məhsul 10 manat bahalaşdıbackend

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 7 manatdan başlayır.

Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov deyir ki, satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara da tələbat var. Əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.

Qiymətlə gəlincə mütəxəssis deyir ki, indi məhsula tələbat çoxdur və qiymətlər bazara uyğunlaşdırılır.

Sudak və sazan balıqları da az deyil. Qiymətləri münasibdir.  Ən ciddi qiymət artımı “samon” balığında nəzərə çarpır. Balığın bu növü xarici ölkələrdən gətirilir və hazırda qiymətində 10 manat artım var. Balığın bu növündən həm də suşi hazırlandığı üçün hazırda bu balığa tələbat daha çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*