Bu məhsulların aksiz dərəcələri artırıldıbackend

Bu məhsulların aksiz dərəcələri artırıldı

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. Məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

Dövlət Vergi Xidmətindən KONKRET.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 aprel tarixli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilib və hər kiloqramına 30 manat olmaqla aksiz dərəcəsi müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*