“Bu müharibə fərqli olacaq” – Netanyahubackend

"Bu müharibə fərqli olacaq" - Netanyahu

Qəzza zolağında HƏMAS-ın hədəflərinə endirilən aviazərbələrdən mülki əhali əziyyət çəkir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Bu müharibə fərqli olacaq, çünki Həmas fərqli bir düşmən növüdür. İsrail mülki itkiləri azaltmağa çalışsa da, HƏMAS onları artırmağa çalışır. Biz qanuni terror hədəflərinə hücum etdikcə, təəssüf ki, mülki insanlar əziyyət çəkir”, – Netanyahu deyib.

“HƏMAS hər gün ikiqat cinayət törədir, eyni zamanda “bizim vətəndaşlarımızı öldürür və öz vətəndaşlarının arxasında gizlənir”, – nazir qeyd edib.

Xatırladaq ki, Qəzza zolağındakı Əl-Əhli Xəstəxanası raket hücumu ilə  vurulub. Qurbanların sayı 800 nəfəri ötüb. Fələstin prezidenti Mahmud Abbas üç günlük matəm elan edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*