“Bu, Nikol Paşinyanın növbəti cəfəngiyyatı və ittihamıdır” – DETALLARbackend

"Bu, Nikol Paşinyanın növbəti cəfəngiyyatı və ittihamıdır" - DETALLAR

Paşinyanın son bəyanatı geniş müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Belə ki, o, Ermənistanın öz qoşunlarını sərhəddən geri çəkməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda prosesin Soçi və Praqa Bəyanatlarına əsasən həyata keçirilməli olduğunu açıqlayıb. Ən maraqlı və diqqətçəkən məqam isə Paşinyanın Azərbaycanı da eyni addımı atmağa, yəni qoşunları sərhəddən geri çəkməyə çağırması olub. Bəs görəsən, Ermənistan baş nazirinin fikirləri Azərbaycanın maraqlarına uyğundurmu? Soçi və Praqa Bəyanatlarına istinad edərək qoşunların sərhəddən çəkilməsi nə dərəcədə doğru addım olar?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Soçi və Praqa görüşlərində qoşunların sərhəddən geri çəkilməsi ilə bağlı razılıq əldə edilməyib: “Bu, Nikol Paşinyanın növbəti cəfəngiyyatı və ittihamıdır. Ermənistan tərəfindən çoxdandır ki, belə bir plan var idi. Amma qoşunlar niyə geri çəkilməlidir? Paşinyan bununla nə demək istəyir? Bu haqda sual olunmalıdır. Azərbaycan iki il ərzində nəzarətə götürdüyü yüksəkliklərdən niyə öz qoşunlarını çıxartmalı və bu ərazilərdən hansı səbəbdən imtina etməlidir? Paşinyan bu fikirləri ilə bir daha beynəlxalq aləmi aldadır. O, sülh müqaviləsini imzalamamaq üçün vaxtı uzadır. Danışıqların məcrasını dəyişməklə məşğul olduğunu sübuta yetirir. Hesab edirəm ki, bu, ciddi bəyanat deyil və sülh prosesinə zərbə vurur”.

Politoloq: Prezident İlham Əliyevin apardığı müdrik siyasət Ermənistanın  bütün planlarının üstündən xətt çəkdi - AZƏRTAC

Mövzu ilə bağlı saytımıza danışan politoloq Əhəd Məmmədli bildirib ki, Paşinyanın fikirləri Azərbaycanın maraqlarına cavab vermir: Çünki Azərbaycan tam olaraq ərazi bütövlüyü məsələsini həll etməyib. Ərazimizin bir hissəsində hələ də rus sülhməramlıları və qeyri-qanuni erməni silahlı dəstələri var. Ona görə də, Azərbaycan dövlət sərhədindən ordunun geri çəkilməsi və onların sərhədçilərlə əvəzlənməsi bizim maraqlarımıza uyğun gəlmir. Digər tərəfdən Azərbaycan müharibədə qalib tərəfdir. Qalib tərəfin məğlub ölkə ilə eyni addım atması isə hərbi müstəvidəki uğurların diplomatik masada təhvil verilməsi kimi dəyərləndirilir. Buna qətiyyən yol vermək olmaz”.

İmamoğlunu Yavaşıdacaq!

Politoloqun sözlərinə görə, paşinyan baş nazir olandan bir-birinə zidd və fərqli çıxışlar edib: “Ona görə də, Nikolun çıxışlarına güvənmək olmaz. Azərbaycan öncə öz ərazi bütövlüyünü təmin etməlidir. Rus sülhməramlılarından və qeyri-qanuni erməni silahlı birləşmələrindən öz ərazilərimizi təmizləyib, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirildikdən sonra rəsmi bakı dövlət sərhədində hansı növ qoşunların yerləşdiriləcəyi haqda qərar verə bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*