Bu ölkə avrodan İMTİNA EDİRbackend

Bu ölkə avrodan İMTİNA EDİR

Belarus Milli Bankının İdarə Heyəti 2022-ci il dekabrın 12-dən avronun xarici valyutalar siyahısından çıxarılması barədə qərar qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, valyutaların çəkisi aşağıdakı səviyyələrdə müəyyən edilib: Rus rublu – 60%, ABŞ dolları – 30%, Çin yuanı üçün isə – 10%.

Məlumata görə, bu il Aİ-yə üzv dövlətlərlə ticarət dövriyyəsinin azalması fonunda avro ilə hesablaşmaların həcmi azalıb.

Qeyd edək ki, əvvəllər valyuta səbətində Rusiya rublunun payı 50%, dolların payı 30%, avro və yuanın hər biri isə 10% təşkil edirdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*