İslandiya dövlət televiziyası “Avroviziya 2026”da iştirak etməyəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi “12xal” Instagram səhifəsi xəbər yayıb.
Bununla da İsrailin iştirakı səbəbindən yarışdan çəkilən ölkələrin sayı 5-ə çatıb.
Əgər Ermənistan iştirak etsə, “Avroviziya 2026”da ümumilikdə 35 ölkə yer alacaq və hər yarımfinalda 15 çıxış olacaq.
Xatırladaq ki, 4 dekabrda Avropa Yayım Birliyi İsrailin yarışda yer almasına icazə verib. Ardınca İspaniya, İrlandiya, Niderland və Sloveniya müsabiqədən imtina edib.
“Avroviziya 2026” gələn ilin mayında Avstriyanın Vyana şəhərində baş tutacaq.
İslandiya bildirib ki, bu qərar AYB-nin son açıqlamasından dərhal sonra verilib və hazırda yarışda iştirak etməyin ölkə üçün nə sevinc, nə də sülh gətirməyəcəyi düşünülür. Gələcəkdə qayıtmaq ehtimalı istisna olunmur, amma 2026-cı ildə arenada olmayacaqlar.
