Bu ölkə də Rusiyanın “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırırbackend

Bu ölkə də Rusiyanın "Mir" ödəniş kartları ilə əməliyyatları dayandırır

Aprelin 5-dən Qırğızıstan ərazisində Rusiyanın “Mir” ödəniş sisteminə aid kartlar deaktiv ediləcək.

KONKRET.az-ın məlumatına görə, bu barədə qərarı “Banklararası Ödəniş Mərkəzi” QSC gələcək sanksiyaların qarşısını almaq məqsədilə verib. Nəticədə göstərilən tarixdən etibarən kartlara texniki xidmət, pul köçürülməsi və bütün növ elektron ödənişlər qadağan olunacaq.

O da bildirilib ki, Rusiyanın “Milli Ödəniş Kartları Sistemi” Səhmdar Cəmiyyəti dəyişikliklə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən hüquqi addımı martın 30-dan etibarən tətbiq etməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*