Bu ölkə lideri Zelenski ilə görüşməkdən İMTİNA ETDİbackend

Bu ölkə lideri Zelenski ilə görüşməkdən İMTİNA ETDİ

Braziliya Prezidenti Luis İnasio Lula da Silva Emmanuel Makronun xahişinə baxmayaraq, Ukrayna lideri Volodimir Zelenski ilə Xirosimada keçirilən G7 sammiti çərçivəsində görüşməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazıb.

Braziliya rəsmiləri Lula da Silvanın Zelenskinin görüş təklifindən imtina etmədiyini, tərəflərin sadəcə cədvəllər barədə razılığa gəlmədiyini bildirib.

Onların sözlərinə görə, Braziliya Prezidenti bazar günü Ukraynanın təklif etdiyi vaxtda Zelenski ilə görüşməyə hazır olub, lakin liderlər arasında ünsiyyət baş tutmayıb.

Qeyd edək ki, Yaponiyanın sədrliyi çərçivəsində mayın 19-dan 21-dək Xirosimada G7 sammiti keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxış edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*