Bu ölkə “Pegasus” casus proqramı ilə Emmanuel Makronu İZLƏYİBbackend

Bu ölkə “Pegasus” casus proqramı ilə Emmanuel Makronu İZLƏYİB

İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının köməyi ilə Fransa prezidenti Emmanuel Makronu da izləyiblər.

KONKRET.az xəbər verir ki, casus proqramı habelə baş nazir Eduard Filipin və Fransa hökumətinin 14 nazirinin telefonlarına yüklənib.

Yelisey sarayından bildiriblər ki, bu informasiya təsdiqlənərsə, “ciddi addımlar” atılacaq.

Fransa rəhbərliyini 2019-cu ildən etibarən Mərakeş xüsusi xidmət orqanlarının izlədiyi bildirilir.

“Pegasus” iPhone və Android mobil telefonlarını ziyanlı virusa yoluxdurmaq və istifadəçinin telefon söhbətlərinə, SMS mətnlərinə, elektron poçtlarına, GPS datasına müdaxilə etmək imkanı verir. Bu proqram habelə mikrofon və kameraları məsafədən işə sala bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*