Bu ölkə prezidenti HƏDƏLƏDİ: ABŞ-a sarsılmaz zərbə vuracağıq, Trampı isə…backend

Bu ölkə prezidenti HƏDƏLƏDİ: ABŞ-a sarsılmaz zərbə vuracağıq, Trampı isə...

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda “sarsılmaz müqavimət” göstərəcəklərini bəyan edib.

KONKRET.az xəbər verir ki, Dias-Kanel bu fikirləri sosial şəbəkə X-də paylaşıb.

O əlavə edib ki, bu siyasət bütün Kuba xalqına qarşı kollektiv cəza xarakteri daşıyır.

O, bildirib ki, ABŞ demək olar ki, hər gün Kubada hakimiyyətin zorla dəyişdirilməsi ilə bağlı hədələr səsləndirir. Dias-Kanel vurğulayıb ki, “ən pis ssenari baş verərsə, onlar sarsılmaz müqavimətlə üzləşəcəklər”.

Prezidentin sözlərinə görə, ABŞ-ın məqsədi Kubanı, onun resurslarını, mülkiyyətini və iqtisadiyyatını ələ keçirməkdir. O, qeyd edib ki, ölkə iqtisadiyyatına qarşı aparılan siyasət əslində kubalıları təslim olmağa məcbur etmək üçün həyata keçirilən “aqressiv iqtisadi müharibə”dir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*