Xaçmazda ağır qəza: ölən varbackend

Xaçmazda ağır qəza: ölən var

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu keçən Tofiq Hacıbala oğlu Almazovu hərəkətdə olan VAZ-2107 markalı minlik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*