Bu ölkədə 4 uşaqlı ailələrə 100 min veriləcəkbackend

Bu ölkədə 4 uşaqlı ailələrə 100 min veriləcək

Bu gün Joqorku Keneş (parlament) “Qırğızıstanda dövlət pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini üç oxunuşda qəbul edib.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin əmək, sosial təminat və miqrasiya nazirinin müavini Bakıt Darmankul Ulu məlumat verib.

Nazir müavini bildirib ki, 2024-cü ildə Prezident Sadır Japarov yüksək dağlıq bölgələrdə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin verilməsi haqqında fərman verib.

Onun sözlərinə görə, 2026-cı ildən başlayaraq çoxuşaqlı ailələrə aşağıdakı müavinətlər veriləcək:

Dördüncü uşaq üçün 100 min som;

Beşinci uşaq üçün 600 min som;

Altıncı uşaq üçün 800 min som;

Yeddinci uşaq üçün 1 milyon som;

Səkkizinci uşaq üçün 1,2 milyon som;

Doqquzuncu uşaq üçün 1,5 milyon som;

Onuncu uşaq üçün 2 milyon som.

“Bu vəsaitlər uşaq 1 yaşı tamam olandan sonra verilməyə başlayacaq. Bu məqsədlə ilk ödənişlər üçün 6 milyard 615 milyon som ayrılıb”, – Darmankul qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*