Bu ölkədə 80 milyon partlamamış BOMBA VARbackend

Bu ölkədə 80 milyon partlamamış BOMBA VAR

Vyetnam müharibəsi zamanı ABŞ-ın intensiv hücumuna məruz qalan Laosda təxminən 80 milyon partlamamış bomba və mərmi qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

Bildirilib ki, 2008-ci ildən bəri bu sursatların partlaması nəticəsində 1000-dən çox yerli sakin həlak olub və ya yaralanıb.

Qeyd olunub ki, 1964-1973-cü illərdə ABŞ Hərbi Hava Qüvvələri Laosa 2 milyon tona yaxın bomba atıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniya və Yaponiyaya atılan bombaların ümumi sayından çoxdur.

Məlumata görə, Laosda Amerika bombalarının təxminən üçdə biri partlamayıb. 1996-cı ildən 2021-ci ilə qədər istehkamçılar 1,7 milyona yaxın partlamamış hərbi sursatları zərərsizləşdiriblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*