Bu ölkədə bələdiyyə sədrinə hücum edildi: ölənlər varbackend

Bu ölkədə bələdiyyə sədrinə hücum edildi: ölənlər var

Əş-Şəbab” terror qruplaşması Somalinin Aşağı Şabelle bölgəsinin bələdiyyə sədri Əbdülqədir Sidinin kortejinə hücum edib.

KONKRET.az xəbər verir ki, terrorçuların korteji atəşə tutması nəticəsində 6 əsgər həlak olub, 4-ü yaralanıb.

Hadisə zamanı bələdiyyə sədri xəsarət almayıb. Yaralı əsgərlər helikopterlə paytaxt Moqadişuya aparılaraq xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*