Bu ölkədə borclu abonentlərin kommunal xidmətləri KƏSİLMƏYƏCƏKbackend

Bu ölkədə borclu abonentlərin kommunal xidmətləri KƏSİLMƏYƏCƏK

Moldova parlamenti qışda borclu abonentlərin kommunal xidmətlərinin kəsilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə parlamentin saytı məlumat yayıb.

Bildirilib ki, qanun 2022-ci il noyabrın 1-dən 2023-cü il martın 31-dək qüvvədə olacaq.

Məlumata görə, borclu abonentlər mövcud borcu qismən ödəməli olacaqlar – məbləğin 50% və ya 60%-i. Soyuq mövsümdə yığılan borcun məbləği istilik enerjisi və təbii qaz üçün 5 min leyi (438 manat), eləcə də elektrik enerjisi üçün 1500 leyi (131.55 manat) keçməməlidir.

Qeyd edək ki, Moldovada enerji böhranı səbəbindən fövqəladə vəziyyət elan edilib. Dekabr ayından Moldova Rusiyadan qaz nəqlini müvəqqəti dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*