Bu ölkədə COVID-19-un “Kraken” alt variantı aşkar edildibackend

Bu ölkədə COVID-19-un “Kraken” alt variantı aşkar edildi

Qərbi Balkanların ən kiçik ölkəsi Monteneqroda COVID-19-a səbəb olan “Omicron” alt variantı “Kraken”ə ilk yoluxma hadisəsi müşahidə olunub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Monteneqro Xalq Sağlamlığı İnstitutu açıqlama yayıb.

Açıqlamada “Kraken”in ABŞ-da sürətlə yayılan bir alt variant olduğu bildirilib və yoluxanların İngiltərə, Danimarka, Fransa, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya və Portuqaliyada da müşahidə edildiyi xatırladılıb.

Qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) yanvarın 13-də Omicron-un “Kraken” adlanan XBB.1.5 subvariantının aşağı risk səviyyəsinə malik olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*