Litva “Dojd” telekanalının respublikada yayımını qadağan etmək qərarına gəlib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Radio və Televiziya Komissiyasının nümayəndəsi Birute Kerşene bildirib.
Onun sözlərinə görə, telekanalın ölkə ərazisində yayımı dekabrın 8-dən dayandırılacaq.
Qeyd edək ki, bir gün öncə Latviyanın Elektron Media üzrə Milli Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib.