İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzələ baş verib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ yerin 26 kilometr dərinliyində qeydə alınıb, tələfat yoxdur.
Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.
