Bu ölkədə hərbçilər dövlət çevrilişi etdibackend

Bu ölkədə hərbçilər dövlət çevrilişi etdi

Burkina-Fasoda bir qrup hərbçi dövlət çevriliş həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bildirib ki, hərbçilər yanvar ayında hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Prezident Paul-Henri Damibanı devirib. Yeni lider isə 34 yaşlı kapitan İbrahim Traore elan edilib.

Hazırda prezidentin harada olduğu bilinmir. Ölkədə hökumət buraxılıb, konstitusiya və siyasi fəaliyyətlər dayandırılıb. Hərbçilər sərhədlərin bağlanmasını əmr edib.

Məlumata görə, Burkina-Fasonun paytaxtı Uaqaduquda atışma səsləri eşidilib. Prezident sarayı və ona gedən prospekt hərbçilər tərəfindən bağlanıb.

Qeyd edək ki, 1960-cı ildə Burkina-Fasoda müstəqillik elan edildikdən sonra ölkədə altı dəfə hərbi çevrilişlər nəticəsində, iki dəfə isə kütləvi etirazlardan sonra hakimiyyət dəyişib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*