İndoneziya hakimiyyəti yerli qanunları pozduğu üçün ölkədə “iPhone-16” satışını qadağan etmək istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə “Channel News Asia” məlumat yayıb.
Ötən həftə sənaye naziri Aqus Qumivanq Kartasasmita Amerikanın “Apple” korporasiyasının ölkədə yeni smartfonlar satmaq üçün sertifikat almayacağını bildirib. Onun sözlərinə görə, texnologiya nəhəngi xarici şirkətlərin yerli sənayeyə investisiyaları ilə bağlı müəyyən öhdəlikləri yerinə yetirməyib.
Məlumata görə, “Apple” sertifikatın müddətinin bitməsinə icazə verib. Rəsmi satışını davam etdirmək üçün şirkət onun müddətini uzatmalıdır. Aydınlaşdırılır ki, “Apple” İndoneziya iqtisadiyyatına 1,48 (17.5 mln dollar) trilyon rupi sərmayə qoyub, halbuki razılaşmaya əsasən, o, 1,71 trilyon rupi ayırmalı idi.
“Apple” sertifikatı almasa, “iPhone”ları xaricdən idxal etməli olacaq. Belə olan halda rüsumlara görə smartfonların qiyməti 15-20 faiz artacaq.
Natiq Səlim,
KONKRET.az