Bu ölkədə məktəblilərin smartfonları YOXLANILIRbackend

Bu ölkədə məktəblilərin smartfonları YOXLANILIR

Türkmənistanda məktəblilər arasında smartfonların kütləvi yoxlanışı aparılır.

KONKRET.az xəbər verir ki, Daxili Təhlükəsizlik Departamentinin rəsmiləri təhsil şöbələrinin əməkdaşları ilə birlikdə tələbələrin mobil telefonlarında VPN proqramları, pornoqrafiya və siyasi materiallar üçün axtarış aparır. Belə yoxlamalar Aşqabad, Daşoğuz, Balkan və Məryəm vilayətlərinin orta məktəblərində təşkil edilir.

Bildirilir ki, xüsusilə telefonların foto qalereyasına və brauzer tarixçəsinə baxılır. 

Qanun pozuntusuna yol verən məktəblilərin valideynləri maarifləndirici söhbətlər üçün MTN-ə çağırılır.

Daha əvvəl Türkmənistanda təhlükəsizlik qüvvələrinin vətəndaşları VPN-dən istifadə etməyəcəkləri barədə Qurana and içməyə məcbur etməsi halları barədə məlumat yayılmışdı.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*