Cənubi Amerika ölkəsi Kolumbiyada meşələrin qırılması 2023-cü ildə 36 faiz azalaraq son 23 ilin ən aşağı səviyyəsinə düşüb.
KONKRET.az xəbər verir ki, Ekologiya və Davamlı İnkişaf Nazirliyindən verilən açıqlamada bildirilib ki, görülən tədbirlər sayəsində ölkədə meşələrin qırılması 36 faiz azalıb və son 23 ildə ən aşağı göstərici qeydə alınıb.
Ekologiya naziri Susana Muhamad mətbuat konfransında vurğulayıb ki, ötən il ölkədə 44 min 261 hektar meşə sahəsinin məhv edilməsinin qarşısı alınıb: “2022-ci ildə 123 min 517 hektar meşə sahəsi məhv edilin. Biz bu rəqəmi aşağı saldıq. 2023-ci ildə 79 min 256. Bu sahə Kolumbiyanın 5-ci böyük şəhəri Bucaramanganın az qala 3 qat böyüklüyündədir”.
Kolumbiyanın məqsədi 2030-cu ildə meşələrin qırılmasını sıfıra endirməkdir.
Qeyd edək ki, Amazon meşələrində də ağacların kəsilməsi 2022-ci ilə nisbətən 38 faiz azalıb və 27 min hektar meşə xilas edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az