Bu ölkədə skuter qadağan edildibackend

Bu ölkədə skuter qadağan edildi

Kosovonun Priştina Bələdiyyəsi maraqlı qərar qəbul edib. Belə ki, şəhərin əsas meydanlarında elektrik skuter və velosipeddən istifadə qadağan edilib.

KONKRET.az xəbər verir ki, bələdiyyə sədri Perparim Rama mövzu ilə bağlı açıqlama verib.

O, paytaxt meydanlarında və piyadaların sıxlığının çox olduğu ictimai yerlərdə elektrikli skuter və velosipedlərin dövriyyəsini qadağan etdiklərini bildirib. Rama vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə qərar qəbul etdiklərini bildirib.

Bildirək ki, benzinin bahalaşmasından sonra  Kosovoda elektrikli skuter və velosipedlərə maraq artıb.

  • Omer
    Avqust 15, 2022 - 19:36

    Cox gozel qerari. Bizdede insanlarin six oldugu yerlerde skuter ve velesopet elinden terpenmek olmur. Burdada nese fikirlesmek lazimdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*