Bu ölkədə təhlükə həyəcanı: Paytaxtla bağlı qırmızı xəbərdarlıq verildibackend

Bu ölkədə təhlükə həyəcanı: Paytaxtla bağlı qırmızı xəbərdarlıq verildi

Yunanıstanda quraqlıq təhlükəsi kritik həddə çatıb.

KONRET.az globalinfo.az-a istinadən xəbər verir ki, ölkənin Tullantı, Enerji və Su Tənzimləmə Təşkilatı (EYDAP) Afina üçün qırmızı həyəcan səviyyəsinin cümə günündən etibarən rəsmi olaraq qüvvəyə minəcəyini açıqlayıb.

Eyni xəbərdarlığın yaxın günlərdə Patmos və Leros adalarında da tətbiq olunacağı gözlənilir. Qərar Afina Milli Texniki Universitetinin apardığı risk təhlilləri və mövcud su ehtiyatlarının vəziyyəti əsasında qəbul edilib.

Mütəxəssislər bildirirlər ki, paytaxtın əsas su mənbəyi olan Mornos bəndində vəziyyət son dərəcə gərgindir. Suyun səviyyəsi son 15 ilin minimum həddinə enib.

EYDAP-ın son açıqlamasına görə, 23 oktyabr 2025-ci il tarixinə bənddəki suyun həcmi 156,9 milyon kubmetrədək azalıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45 faiz aşağıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qarşıdakı qış mövsümündə yetərli yağıntı olmazsa, ehtiyatlar cəmi bir il yetə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*