Bu ölkədə hava xəbərdarlığı - Temperatur normadan 30 dərəcə aşağı enəcək08 Dekabr, 2022 - 23:35382Özbəkistanda temperaturun mənfi 24 dərəcəyə enəcəyi gözlənilir ki, bu da qışın orta temperaturunun 5 dərəcə selsi olduğu ölkə üçün anomaldır. KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi (Uzgidromet) məlumat yayıb. Qeyd olunur ki, mənfi 24 dərəcəyə qədər ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xorəzm vilayətində gözlənilir. Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!