Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədibackend

Bu ölkədən gətirilən 6 ton darçının satışına icazə verilmədi

Vyetnamda “Hanfimex Group” müəssisəsi tərəfindən istehsal olunan və “KAMSER TRADE GROUP” MMC tərəfindən ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına AQTA müfəttişləri baxış keçirib.

Agentlikdən KONKRET.az-a bildirilib ki,baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*