Bu ölkə rusiyalı vətəndaşlara sərhədlərini açmaqdan imtina etdibackend

Bu ölkə rusiyalı vətəndaşlara sərhədlərini açmaqdan imtina etdi

Polşa səfərbərlikdən yayınan Rusiya vətəndaşlarını qəbul etməyi planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau PAP agentliyinı müsahibəsində deyib.

Nazir bildirib ki, Rusiyadan Polşanın ərazisinə keçmək istəyən çox sayda insana sərhədləri açmaq həm təhlükəsizlik, həm də əxlaqi nöqteyi-nəzərdən düzgün deyil.

Bildirilib ki, hazırda Rusiya vətəndaşları üçün viza verilməsinin dayandırılması və bununla da turist vizasının verilməməsi barədə qərar verilib. Nazir həqiqətən də hərbi əməliyyatlara qarşı olan və etiraz aksiyalarında iştirak etmiş şəxslərin qəbulunu isə istisna etməyib.

Rusiya vətəndaşları sentyabrın 19-dan etibarən Polşaya girişlə yanaşı, bu ölkələrdən keçməklə digər Şengen ölkələrinə səfər etmək imkanından da məhrum ediliblər.

Qeyd edək ki, Baltikyanı ölkələr və Finandiya da rusiyalı vətəndaşlara sərhədlərini açmaqdan imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*